RU

Bakıda itkin düşən azyaşlı polis tərəfindən tapıldı - FOTO

Bakıda evi valideynlərdən xəbərsiz tərk etmiş 7 yaşlı uşaq polis tərəfindən tapılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev "Facebook" sosial şəbəkə hesabında məlumat verib.

Məlumatda deyilir: "Nəsimi rayonu ərazisində polis əməkdaşları tərəfindən valideynindən xəbərsiz yaşadığı ünvandan çıxan uşaq tapılıb. 7 yaşlı Yusif Nurxan oğlu Abbasov dediyinə görə, Sabunçu rayonunda yaşayır. Hazırda uşaq polis nəzarətindədir".

 

Избранный
42
43
avtosfer.az

10Источники