"İsrail Təhlükəsizlik Kabineti orduya Fələstin HƏMAS hərəkatının Qəzza zolağında qalan iki qalasını məhv etməyi tapşırıb".
Publika.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
O bildirib ki, Qəzzada müharibəni bitirməyin ən yaxşı yolu budur.
"HƏMAS-ın iki qalası qalıb. Bunlar Qəzza şəhəri və mərkəzi qaçqın düşərgələridir", - İsrailin baş naziri deyib.
Avqustun 4-də İsrailin baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin dəstəyi ilə Qəzza zolağının tam işğalı barədə qərar qəbul edib. Hazırda İDF öz ərazisinin təxminən 75%-nə nəzarət edir. Yeni plana əsasən, İsrail silahlı qüvvələri qalan bütün ərazilərə nəzarəti ələ keçirəcək.