RU

Arno Danjuma “Vilyarreal”ı “Valensiya”ya dəyişdi

İspaniyanın “Vilyarreal” klubunun cinah hücumçusu Arno Danjuma bundan sonra “Valensiya”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Valensiya” rəsmi saytı vasitəsilə məlumat yayıb.

Niderlandlı futbolçu ilə 3 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalandığı diqqətə çatdırılıb. Transferin digər detalları açıqlanmır.

Arno Danjuma PSV-nin yetrməsidir. O, “NEK Neymegen”, “Brügge”, “Bornmut”, “Tottenhem”, “Everton” və “Jirona” kimi klubların da formasını geyinib. 2021-ci ilin avqust ayından “Vilyarreal”da çıxış edən yarımmüdafiəçi, bu komandanın heyətində 54 oyuna çıxıb. O, bu görüşlərdə 24 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Danjuma 2018-ci ildə debüt etdiyi Niderlandın əsas yığmasında 6 oyuna çıxıb və 2 qol vurub.

“Transfermarkt” internet-portalı 28 yaşlı vingerin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Избранный
128
arena.az

1Источники