Xızı Rayon İcra Hakimiyyəti Başçısının Xızı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin avtomobil yollarının əsaslı təmiri işlərinin satınalınması ilə bağlı tenderin qalibi açıqlanıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, qalib “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Təklifin qiyməti 409.460 AZN təşkil edir.
Şirkətin qanuni təmsilçisi Rəşad İmanlı Yasəf oğludur, hüquqi ünvanı isə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 21F, mənzil 21F olaraq qeyd olunub. Maraqlıdır ki, bu şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır.
Qeyd edək ki, Xızı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə İslamov Müşfiq Şirzad oğludur. Xızı Rayon İcra Hakimiyyətinin başçısı isə Aslanov Xəzərdir.