RU

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə zəng edib

Bakı. Trend:

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd ŞahbazŞərifə zəng edib.

Trend xəbər verir ki, telefon söhbəti zamanıPakistanın Baş nazirinin ölkəmizə səfəri, Laçında ikitərəfli,həmçinin Azərbaycan-Türkiyə-Pakistan formatında keçirilmişüçtərəfli görüşlər, eyni zamanda, onun İqtisadi ƏməkdaşlıqTəşkilatının Xankəndi Sammitində iştirakı məmnunluqlaxatırlanıb.

Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanmışsənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Başnaziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalananbəyyanamənin və digər sənədlərin regionda davamlı sülhün,sabitliyin və çiçəklənmənin təmin olunması baxımından əhəmiyyətinətoxunulub, bu nəticələrin əldə edilməsində ABŞ Prezidenti DonaldTrampın xüsusi rolu qeyd olunub.

Məhəmməd Şahbaz Şərif əldə olunmuş razılaşmaların önəminivurğulayıb və Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Telefon söhbəti əsnasında iqtisadi, enerji, ticari və sərmayələrsahələrində ikitərəfli əlaqələrin daha da genişləndirilməsi iləbağlı fikir mübadiləsi aparılıb.

Избранный
27
48
az.trend.az

10Источники