RU

Almaniyada ilin ən yaxşı futbolçusu bəlli olub

Almaniyada 2025-ci ilin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, "Kicker" nəşrinin keçirdiyi sorğuya əsasən "Bayer"in sabiq yarımmüdafiəçisi Florian Virtz ilin ən yaxşısı seçilib.

22 yaşlı hücumameyilli yarımmüdafiəçi 191 səs toplayıb.

"Bavariya"nın vingeri Maykl Olise (81 səs) ikinci, "Ştutqart"ın hücumçusu Nik Voltemade (71 səs) isə üçüncü olub. 

Qeyd edək ki, Florian Virtz ötən mövsüm "Bayer"in heyətində meydana çıxdığı 45 rəsmi matçda 16 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniya millisinin üzvü iyul ayında 125 milyon avro qarşılığında "Liverpul"a transfer olunub.

Xorvatiyalı yarımmüdafiəçi “Fənərbaxça” yolunda

Günün oyunları bu kanallarda

“Barsa”dan ayrıldı - Ronaldonun komanda yoldaşı oldu

PSJ heyətinə yeni qapıçı cəlb edib - RƏSMİ

“Real”ın yeni 9 nömrəsi bəlli oldu

Избранный
32
3
apasport.az

3Источники