RU

London nəhəngi portuqaliyalı ulduzunu satmağa razılaşdı

ain.az, Fanat saytına istinadən bildirir.

"Çelsi"nin və Portuqaliya millisinin yarımmüdafiəçisi Renatu Veyqa bu yay klubunu tərk edə bilər.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, London klubu 22 yaşlı futbolçunu transferə hazırlayıb və yarımmüdafiəçi üçün bütün təklifləri nəzərdən keçirməyə hazırdır.

Portuqaliyalı futbolçu keçən mövsümü "Yuventus"da 6 aylıq icarə əsasında başa vurub. Bu müddət ərzində o, 15 matçda iştirak edib və bir məhsuldar ötürmə edib.

Renatunun "Çelsi" ilə müqaviləsinin müddəti 2031-ci ilə qədərdir. "Transfermartk" onu 25 milyon avro dəyərində qiymətləndirir.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
34
27
fanat.az

10Источники