RU

"Qarabağ" - "Şkendiya": mətbuat konfransları və açıq məşqlərin vaxtı

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" – “Şkendiya” (Şimali Makedoniya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı sabah saat 17.30-da “Azərsun Arena”da baş tutacaq. Saat 18.00-da isə eyni arenada media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Jeton Beqirinin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 19.30-da start götürəcək. Şimali Makedoniya təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 20.00-da başlayacaq.

Xatırladaq ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şkendiya” görüşü saat 20.00-da başlayacaq.

Избранный
57
17
football-plus.az

10Источники