ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avqustun ortalarında "Broad Arrows" hərracında "RUF CTR 2 Sport" superkarı, yəni tunerlər tərəfindən ciddi şəkildə dəyişdirilmiş "Porsche 911" modeli alıcılara təqdim olunacaq. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu nümunə 1990-cı illərin ikinci yarısının ən sürətli avtomobili hesab olunur. Onun 3.5 milyon dollara satılacağı gözlənilir, çünki dünyada belə kupelərin sayı dörddən çox deyil. 1995-ci ildə təqdim edilən CTR 2 520 at gücünə malik 3,6 litrlik mühərrik və altı pilləli mexaniki transmissiya ilə təchiz edilib. Güclü mühərrik superkarı 100 km/saata 3.6 saniyəyə çatdırır. Avtomobilin maksimum sürəti isə 350 km/saatdır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.