RU

“AFFA nın ayırdığı büdcə ilə başlamışıq” dağılacaqdı, sıfırdan yığıldı

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

1-ci liqanın debütantlarından olan “Şahdağ Qusar”da vəziyyət heç də yaxşı deyildi. Sponsor şirkət AZENKO daha da iddialı olacağı gözlənilən klubun üzərindən əlini birdəfəlik çəkdi. Klubun prezidenti Elçin Cananov isə stadionu AGİN-ə təhvil verdi. Klub dağılmaq təhlükəsi ilə üz-üzə idi. Bəs komandanın taleyi necə oldu, yığıldımı, təlim-məşq toplanışı başladımı? Bu sualı baş məşqçi Elnur Abdullayevə ünvanladıq:

“AFFA-nın ayırdığı büdcə (qurum 1-ci liqa klublarına ildə 300 min manat ayırır – red.) ilə işə başlamışıq. Komandanın 85 faizi hazırdı. Heyəti sıfırdan yığdıq. Ayın 11-də təlim-məşq toplanışına start veririk. Hələ ki heç bir problem yoxdu. Öz işimi görürəm. İnşallah, gələcəkdə sponsor da cəlb edə bilərik”.

MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
1
icma.az

2Источники