RU

Özan Can Kökçü qolla başladı

Futbol üzrə Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökçü Niderlandın “Volendam” klubunda rəsmi debüt edib.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 1-ci turunda “Herenven”in qonağı olub.

Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər – 1:1.

Ozan oyuna start heyətdə başlayıb və 65-ci dəqiqədə komandasının bərabərlik qoluna imza atıb. Kökçü 72-ci dəqiqədə əvəzlənib.

Xatırladaq ki, Özan Can Kökçü bu ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, 2024-cü il iyul ayından HJK-da çıxış edirdi. Ozan həmin vaxt Finlandiya klubu ilə 2,5 illik müqaviləyə imza atmışdı. Millimizin üzvü bu komandanın heyətində 26 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 13 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Избранный
106
arena.az

1Источники