RU

Mahir Emreli oynadı:“Kayzerslautern” qələbə qazandı

Azərbaycan millisinin üzvü Mahir Emreli “Kayzerslautern”in heyətində ikinci rəsmi oyuna çıxıb.

“Qafqazinfo” xəbər verir ki, onun komandası 2-ci Bundesliqada yeni mövsümün ikinci oyununda öz meydanında “Şalke”ni qəbul edib.

Mahir Emreli qarşılaşmaya start heyətdə çıxıb. Millimizin hücumçusu 72-ci dəqiqədə Naatan Skitta ilə əvəzlənib. Emreli 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Matç “Kayzerslautern”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 55-ci dəqiqədə penaltidən Marlon Ritter vurub. 

Bununla da “Kayzerslautern” yeni mövsümdə ilk qələbəsini qazanıb.

"Cebheinfo.az" 

Избранный
20
9
cebheinfo.az

10Источники