Mahir Emreli "Kayzerslautern"in heyətində ikinci rəsmi oyuna çıxıb.
"Football-plus.az" xəbər verir ki, onun komandası 2-ci bundesliqanın 2-ci turunda "Şalke"ni qəbul edib.
Mahir qarşılaşmaya start heyətinə çıxıb. Hücumçu 72-ci dəqiqədə Naatan Skitta ilə əvəzlənib. Emreli 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Matç "Kayzerslautern"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 55-ci dəqiqədə penaltidən Marlon Ritter vurub.
Bununla da "Kayzerslautern" yeni mövsümdə ilk qələbəsini qazanıb. Komanda hazırda 3 xalla turnir cədvəlində 10-cu pillədədi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта