RU

Xınalıqda ot yığımı başladı - FOTO/VİDEO

Qubanın unikal Xınalıq dağ kəndində ot yığımı avqust ayına təsadüf edir. Əsasən maldarlıqla məşğul olan kənd camaatı yaşayış məntəqəsinin ətrafında yerləşən biçənək sahələrində otu biçir, “QAZ-66” markalı avtomaşınla həyətlərinə daşıyırlar.

Kənd sakini Namiq Xınalıqlı Bizim.Media-ya deyir ki, bu il ot zəif olub:

“Biçənək yerlərində ot yaşayış məntəqələrindən bir ay sonra yetişir”.
 

Sakinlər bu səbəbdən ot yığımına ailəlikcə səfərbər olunur, yağışlar başlayanadək quru otu daşıyıb qurtarmağa çalışırlar.


Məlumata görə, Xınalıqda mal-qara üçün qış tədarükü yalnız avqust ayında görülür, sentyabrdan may ayınadək qeyri-sabit hava-payız, qış ayları başladığından ot biçinini maksimum tez qurtarmağa önəm verirlər.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Избранный
15
bizim.media

1Источники