RU

Ağ Ev Zelenskini Alyaskada Putinlə eyni masada oturtmağa çalışır

 Ağ Ev Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya və ABŞ arasında aparılması nəzərdə tutulan sülh danışıqlarında iştirakı məsələsini nəzərdən keçirir. Bu barədə məlumatı NBC News yayıb.

Mənbəyə görə, məsələ hələ ilkin müzakirə mərhələsindədir və konkret qərar qəbul edilməyib. Danışıqlar formatı, yeri və iştirakçı tərkibi barədə detallar açıqlanmayıb.

NBC News-un məlumatında qeyd olunur ki, Zelenskinin danışıqlara qatılması, Ukraynanın mövqeyinin birbaşa ifadə olunması baxımından mühüm əhəmiyyət daşıya bilər. Lakin bəzi amerikalı rəsmilər bu iştirakın prosesin gedişatını çətinləşdirə biləcəyindən ehtiyatlanırlar.

Xatırladaq ki, son günlər ABŞ prezidenti Donald Tramp Rusiya ilə mümkün sülh sazişində Ukrayna ərazilərinin müəyyən hissəsinin “mübadilə” mövzusu ola biləcəyini istisna etməyib. Zelenski isə bu yanaşmanı qəti şəkildə rədd edərək Avropa müttəfiqlərinə Trampın planına qarşı birgə mövqe nümayiş etdirməyə çağırıb.

Избранный
7
1
news365.az

2Источники