RU

Sabiq "Barselona"lı Kriştianu Ronaldunun komanda yoldaşı oldu

"Barselona"nın keçmiş müdafiəçisi İnyiqo Martines "Əl-Nəsr"ə keçib. 

Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti 34 yaşlı futbolçu ilə müqavilə imzaladığını rəsmən açıqlayıb. 

İspan futbolçunun keçidi azad agent kimi reallaşıb. 

İnyiqo Martines iki il "Barselona"da çıxış edib. Bu müddət ərzində o, kataloniyalıların heyətində 71 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. O, "Barselona" ilə La Liqanın, İspaniya kubokunun və İspaniya Superkubokunun qalibi olub. 

Heyətində superulduz Kriştianu Ronaldunun olduğu “Əl-Nəsr” ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 3-cü yeri tutub.

Избранный
93
1
fanat.az

2Источники