RU

Yaponiyadakı vulkan kül sütunu püskürür

Yaponiyanın cənub-qərbindəki Kyushu adasındakı yüksək aktivlikdə olan Şinmoe dağı havaya üç kilometrdən çox isti kül və tüstü püskürüb.

Publika.az xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

"Miyazaki prefekturasının Kobayaşi və Takahara şəhərlərinə və Kaqoşima prefekturasının Kirişima şəhərinə böyük miqdarda vulkan külünün yağacağı gözlənilir ", - hesabatda deyilir.

Kanal əlavə edib ki, Yaponiya Meteoroloji Rəsədxanası püskürmə xəbərdarlığını üçüncü səviyyədə saxlayıb və insanları ayıq olmağa çağırıb.

NHK telekanalının məlumatına görə, Şinmoe kraterinin şimal-şərqində 14 km uzunluğunda ərazi kiçik qayalarla və pemza ilə örtülüb və yerli hakimiyyət orqanları lava axını təhlükəsi barədə xəbərdarlıq ediblər.

Избранный
12
2
publika.az

3Источники