BAKI, 10 avqust. TELEQRAF
Braziliyada dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, sərnişin avtobusu və yük maşınının toqquşması nəticəsində azı 11 nəfər ölüb, 45 nəfər yaralanıb.
Məlumata görə, Kuyaba şəhərindən yola çıxan sərnişin avtobusu Lukas-do-Rio-Verde şəhəri yaxınlığında pambıq daşıyan yük maşını ilə toqquşub.
Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları və yanğınsöndürənlər göndərilib.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.