Azərbaycan millisinin üzvü Mahir Emreli “Kayzerslautern”in heyətində ikinci rəsmi oyuna çıxıb.
Msport.az xəbər verir ki, onun komandası 2-ci Bundesliqada yeni mövsümün ikinci oyununda “Şalke”ni qəbul edib.
Mahir Emreli qarşılaşmaya start heyətdə çıxıb. Millimizin hücumçusu 72-ci dəqiqədə Naatan Skitta ilə əvəzlənib. Emreli 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Matç “Kayzerslautern”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 55-ci dəqiqədə penaltidən Marlon Ritter vurub.
Bununla da “Kayzerslautern” yeni mövsümdə ilk qələbəsini qazanıb. Komanda hazırda 3 xalla turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.