RU

Mahir "Şalke"yə qarşı 72 dəqiqə oynadı

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin üzvü Mahir Emreli bu gün "Kayzerslautern"in heyətində ikinci rəsmi oyuna çıxıb.

QOL.az xəbər verir ki, onun komandası 2-ci Bundesliqada yeni mövsümün ikinci oyununda öz meydanında "Şalke"ni qəbul edib.

Mahir Emreli qarşılaşmaya start heyətdə çıxıb. Millimizin hücumçusu 72-ci dəqiqədə Naatan Skitta ilə əvəzlənib. Emreli 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Matç "Kayzerslautern"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 55-ci dəqiqədə penaltidən Marlon Ritter vurub. 

Bununla da "Kayzerslautern" yeni mövsümdə ilk qələbəsini qazanıb. Komanda hazırda 3 xalla turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

Избранный
67
9
teleqraf.com

10Источники