“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, “kimyaçılar” yapon yarımmüdafiəçi Masaki Muratanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.
Murata 2023/24 mövsümündə “Sumqayıt”da çıxış edib. O, daha sonra Danimarkanın “Veyle” klubuna keçib.
Masaki bu mövsüm “Veyle”də 3 oyuna çıxıb.