RU

Qəbələdə yanğın törədən şəxslər müəyyən edilib

Avqustun 9-da Qəbələ şəhəri ərazisində yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan News365.az-a bildirilib ki, araşdırmalarla yanğının 2 yeniyetmə tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub. Hadisə nəticəsində quru ot sahəsi və kol-kos yanıb. 

Əməli törədən şəxslər valideynləri ilə birlikdə ərazi üzrə polis orqanına dəvət olunub və profilaktik söhbətlər aparılıb.

Избранный
73
19
news365.az

10Источники