Daha əvvəl xəbər verdiyimiz kimi, "Sumqayıt" sabiq yarımmüdafiəçisi Masaki Muratanı heyətinə qatıb.
Apasport.az xəbər verir ki, komanda son mövsümü Danimarkanın "Veyle" klubunda keçirən futbolçu ilə 2 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Murata "Sumqayıt"ın heyətində 71 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Masaki Murata 2022/23 mövsümünün ikinci yarısı və 2023/24 mövsümündə "Sumqayıt"ın heyətində ümumilikdə 54 oyun keçirib. O, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Azərbaycanlı hakim beynəlxalq yarışa təyinat alıb
"Neftçi" Samir Abasovla nail olduğu uğura yenidən imza atacaq”
“Sabah” - “Qarabağ” oyunu təxirə düşəcək?
Misli Premyer Liqası: Yeni mövsümün ilk turunun oyun cədvəli bəlli olub
“Zirə” “Şamaxı” ilə qarşılaşacaq