Tezliklə PSJ-yə yeni qapıçı qoşulacaq.
"Football-plus.az" xəbər verir ki, paytaxt klubu “Lill”in futbolçusu Lukas Şevalye ilə anlaşıb.
İnsayder Fabritsio Romanonun məlumatına görə, 23 yaşlı qapıçı ilə 5 illik müqavilə imzalanacaq. Paris klubus onun transferi üçün 55 milyon avroya yaxın ödəniş edəcək. Fransalı oyunçunun keçidində klubun prezidenti Nasser Əl-Xelayfi, baş məşqçi Luis Enrike və strateji məsləhətçi Luiş Kampus israrlıdılar.
Yerli mənbələrə görə, PSJ-nin əsas qapıçısı Canluici Donnarumma ilə hələ yeni müqavilə ilə bağlı heç bir razılıq əldə olunmayıb. İtaliyalı futbolçunun hazırkı müqaviləsinin müddəti növbəti ilin yayına qədərdi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта