Bakı. Trend:
Avqustun 9-da Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziriBaxtiyor Saidov arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, Özbəkistanın xarici işlərnaziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-a səfəri zamanıAzərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, eləcə dəAzərbaycan-Ermənistan normallaşma prosesində tarixi nailiyyətlərmünasibətilə səmimi təbriklərini çatdırıb.
İmzalanmış sənədlərin bölgədə sülh və sabitliyin təmin olunmasıüçün mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Sülh sazişininparaflanmasının, habelə ATƏT-in Minsk Prosesi və aidiyyətistrukturların ləğvinə birgə çağırışın sülhə əhəmiyyətli töhfəolduğu diqqətə çatdırılıb.
Telefon danışığı zamanı Azərbaycan-Özbəkistan stratejimüttəfiqlik əlaqələrindən irəli gələn məsələlər, o cümlədənçoxtərəfli əməkdaşlıq istiqamətində əldə olunmuş razılıqlarınicrası planları müzakirə olunub.