RU

Netanyahu Azərbaycan və Ermənistan xalqlarını təbrik etdi

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı, Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş naziri Nikol Paşinyanı təbrik edib.

Publika.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Prezident Trampı təbrik edirəm! Cəsarətli rəhbərliyiniz və qlobal baxışınız növbəti sülh sazişini mümkün etdi. Mən də bu tarixi sazişin imzalanması münasibətilə prezident Əliyevi, baş nazir Paşinyanı və Azərbaycan və Ermənistan xalqını təbrik edirəm. Qoy hamınız barışıq və ortaq rifahın yeni dövründən həzz alın”,- İsrail Baş naziri bildirib.

Избранный
30
3
publika.az

4Источники