RU

Cənubi Qafqazda Trampın sülh planı və risklər...

ABŞ-nin dəstəklədiyi Ermənistan–Azərbaycan razılaşması Cənubi Qafqazda Rusiyanın təsirini azalda bilər...

Poliqon xəbər verir ki, The Economist nəşri dünən Vaşinqtonda baş tutan AzərbaycanErmənistan liderlərinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə sülh memorandumunu imzalamaları ilə bağlı geniş analitik məqalə dərc edib.

Nışr yazır ki, Cənubi Qafqaz düşmən tərəflər və bağlı sərhədlər mozaikasıdır. Onun sərhədləri boyunca müşahidə məntəqələri və bunkerlər yerləşir.

8 avqustda ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın prezidenti İlham Əliyevlə görüşərək iki ölkə arasındakı münaqişəyə son qoymağa çalışıb. Ağ Evdə tərəflər sülh bəyannaməsi, eləcə də ticarət və təhlükəsizlik sazişləri imzalayıblar.

Ən mühüm məqam odur ki, Ermənistan ABŞ tərəfindən idarə olunacaq nəqliyyat marşrutunu öz ərazisindən açmağa razılıq verib. Bu yol Azərbaycanın eksklavı olan Naxçıvanla ölkənin əsas hissəsini birləşdirəcək. Marşrut “Beynəlxalq Sülh və Çiçəklənmə üçün Tramp Yolu” (TRIPP) adlandırılacaq.

“Bu, mənim üçün böyük şərəfdir”, deyə ABŞ prezidenti bildirib.

Əliyev və Paşinyan onu Nobel Sülh Mükafatına namizəd göstərəcəklərini vəd ediblər. Müqavilə, uzun illər bölgəyə müdaxilə edən Rusiyaİranın təsirini azalda bilər. Bu, rəsmi sülh müqaviləsi olmasa da, Cənubi Qafqazdakı ən çətin həll olunan münaqişələrdən birinin sonuna və Ermənistanın Azərbaycanın müttəfiqi olan Türkiyə ilə münasibətlərinin normallaşmasına doğru yol açır.

Bunun reallaşması həm ABŞ diplomatiyası, həm də ErmənistanAzərbaycanın iradəsi üçün sınaq olacaq. Rusiya isə hələ də bölgədə gərginlik yaratmaq imkanına sahibdir.

35 illik münaqişə

ErmənistanAzərbaycan 35 ildən artıqdır ki, müharibə vəziyyətindədir. 1980-ci illərin sonlarında SSRİ dağılarkən, ermənilərin dəstəklədiyi separatçılar Azərbaycanın tərkibindəki Qarabağı və onun ətrafında bufer zonanı ələ keçirdilər. Münaqişə uzun illər “dondurulmuş” vəziyyətdə qaldı.

Neft-qaz sənayesi inkişaf edən Azərbaycan güclü ordu qurdu və 2020-ci ildə Qarabağ ətrafındakı rayonları geri aldı. 2023-cü ildə isə Qarabağın özünü də nəzarətinə qaytardı. Təxminən 100 min erməni bölgəni tərk etdi.

1990-cı illərdə Ermənistanı dəstəkləyən Rusiya, son illərdə geri çəkildi. Bu, qismən 2018-ci ildə demokratik inqilab nəticəsində hakimiyyətə gələn Paşinyanı cəzalandırmaq məqsədi daşıyırdı.

2024-cü ildən etibarən tərəflər sülh müqaviləsinə doğru irəliləyir. Əvvəlki danışıqlarda vasitəçilər kimi Rusiya, Türkiyə və 1990-cı illərdə yaradılmış ATƏT-in Minsk qrupu iştirak edirdi. Lakin son aylarda Bakı və İrəvan birbaşa dialoqa üstünlük verib. Martda onlar müqavilə layihəsini razılaşdırıblar.

İki əsas maneə

Razılaşmanın qarşısında iki əsas problem dayanırdı:

1. Azərbaycanın tələb etdiyi kimi Ermənistanın konstitusiyasından Qarabağla bağlı müddəaların çıxarılması (bu, referendum tələb edir).

2. Azərbaycanın Naxçıvana quru dəhliz tələbi.

2020-ci ildə atəşkəs razılaşmasında bu marşrutun Rusiya nəzarətində açılması nəzərdə tutulmuşdu. Lakin daha sonra hər iki tərəf Rusiyanın iştirakından imtina etsə də, alternativ variantda anlaşa bilmədilər.

Tramp qismən həll yolu təklif etdi. ABŞ danışıqlarçılarının aylardır bölgədə apardığı müzakirələrdən sonra Ermənistan 99 illik icarə müqaviləsi ilə marşrutun torpaq sahəsini ABŞ-a verəcək. Marşrutu Amerika şirkətləri inşa edəcək. Bu, Vaşinqtona bölgə təhlükəsizliyində uzunmüddətli rol qazandıracaq. Rusiya isə buna sərt reaksiya verir.

İqtisadi “şirinliklər” və siyasi motivlər
ABŞ, həm Ermənistan, həm də Azərbaycana əlavə üstünlüklər təklif edib. SOCAR prezidenti İlham Əliyevlə birlikdə Vaşinqtona gələrək ExxonMobil ilə müqavilə imzalayıb. Tramp, 1992-ci ildə tətbiq olunan və Azərbaycana hərbi əməkdaşlığı qadağan edən sanksiyaları ləğv edib, ölkə ilə “strateji tərəfdaşlıq” elan edib.

Azərbaycanın enerji resurslarından məhrum Ermənistan isə ABŞ-dan süni intellekt və yarımkeçiricilər sahəsində dəstək alacaq.

Sülh prosesi, həmçinin Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə aça bilər. Ankara, bu münasibətlərin normallaşmasını Bakı-İrəvan sülh razılaşmasına şərt bağlamışdı. Əgər proses uğurlu olarsa, 1993-cü ildən bağlı olan Türkiyə-Ermənistan sərhədi açıla bilər.

Qarşıdakı risklər

The Economist qeyd edir ki, hələ də həll olunmamış məsələlər qalır. Azərbaycanın Ermənistan konstitusiyasında dəyişiklik tələbi icra edilməyib. TRIPP marşrutunun faydası əsasən Naxçıvan və Sünik bölgəsində cəmlənəcək.

Nəşr qeyd edir ki, Ermənistanda Paşinyana etimad səviyyəsi cəmi 13%-dir. Müxalifət, xüsusilə sabiq prezident Robert Koçaryan, onu ölkənin suverenliyini riskə atmaqda ittiham edir. Referendum tələbi cəmiyyətdə parçalanma yarada bilər və 2026-cı ildəki seçkilər Rusiyaya təsir imkanları verə bilər.

ABŞ-nin bölgəyə marağının uzunmüddətli olub-olmayacağı da sual altındadır. Tarix boyu Cənubi Qafqazda sülh, əsasən xarici güclərin təşəbbüsü ilə mümkün olub: 1920-ci illərdə bolşeviklər, 1990-cı illərdə Minsk qrupu, 2020-ci ildə isə Rusiya və Türkiyə vasitəçi rolunu oynayıb.

Tramp isə indi ABŞ-ı bölgədə “son sülh vasitəçisi” kimi təqdim edir. Bunun davamlı olub-olmayacağı isə ondan deyil, prosesin gedişindən asılı olacaq.

Poliqon.info

Избранный
51
50
poliqon.info

10Источники