"Sabah" basketbol klubunda 4 ayrılıq yaşanıb. 

Offsideplus.az xəbər verir ki, Trevon Duval, Kamron Blu, Mayk Holton və Aydın İbrahimovla yollar ayrılıb. Adıçəkilən basketbolçularla yeni müqavilə imzalanmayıb.

“Sabah" klubu bu basketbolçulara əməkdaşlığa görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzu edib.