RU

Ağdaşda 35 yaşlı kişinin faciəli ölümünün TƏFƏRRÜATI

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ağdaşda 35 yaşlı kişinin ölümünün təfərrüatları məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayonun Xosrov kənd sakini, 1990-cı il təvəllüdlü Saleh Əlağa oğlu Tahirov kənddə avtomobil qaynaqçısı işləyirmiş.

S.Tahirov avqustun 8-də saat 16 radələrində kənd ərazisində "Belarus" markalı traktorda qaynaq işləri görən zaman ehtiyatsızlıq edib.

Belə ki, o, iş zamanı elektrik naqilinə toxunub və nəticədə elektrik cərəyanı vurması nəticəsində hadisə yerindəcə ölüb.

Samir Əli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
3
oxu.az

4Источники