"Ermənistan və Azərbaycan liderlərinin ABŞ-dakı görüşü müsbət dəyərləndirilməyə layiqdir, ümid edirik ki, bu, sülh gündəliyinin irəliləməsinə kömək edəcək".
Teleqaf xəbər verir ki, bu barədədeyə Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Moskva bu görüşdə ABŞ-nin regional kommunikasiyaların bloklanması ilə bağlı bəyanatlarını təhlil edəcək.
M.Zaxarova əlavə edib ki, Rusiyanın iştirakı ilə heç bir tərəfin geri çəkilmədiyi üçtərəfli sazişlər aktual olaraq qalır.
O bildirib ki, regiondan kənar oyunçuların cəlb edilməsi sülh gündəmini gücləndirməyə çalışmalıdır.