Sterlitamak şəhərində (Rusiya) ən böyük soda istehsalı zavodunda qaz partlayışı baş verib.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Başqırdıstanın Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi məlumat verib.
Ümumilikdə 36 nəfər xəsarət alıb, onlardan 27-si xəstəxanaya yerləşdirilib, 21-nin vəziyyəti ağırdır - reanimasiya və intensiv terapiya şöbəsindədir.
İlkin məlumatlara görə, hadisə texnoloji boru kəmərinin hermetikliyinin pozulması nəticəsində baş verib.
Partlayış faktı üzrə cinayət işi açılıb.
"Cebheinfo.az"