RU

Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti parlaq qələbəsidir

Bakı. Trend:

Bu gün Azərbaycan beynəlxalq birliyin fəal üzvünə çevrilib. Bustatusunu gündən-günə daha da genişləndirən Azərbaycanın ayrı-ayrıölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsindəəlaqələri yüksələn xətlə inkişaf edir. Ölkəmizin yerləşdiyi coğrafiməkan dövlətlər, xalqlar arasında körpü rolunu daha damöhkəmləndirir. Azərbaycanın beynəlxalq nüfuzunun artmasına,mövqeyinin möhkəmləndirilməsinə yönələn addımların miqyasıgenişliyi ilə diqqətdədir. Qarşılıqlı etimada böyük önəm verənAzərbaycan dövləti xarici siyasətinin dəyişməz prinsipləri ilə daimdünyanın diqqətindədir. Azərbaycan bütün dövlətlərlə qarşılıqlıhörmət və maraq prinsipləri əsasında bərabərhüquqlu münasibətlərqurur.

Tarixi səfər: ABŞ-Azərbaycan münasibətləri stratejitərəfdaşlıq səviyyəsinə yüksəlir

Bu baxımdan Prezident İlham Əliyevin ABŞ-a səfəri həmAzərbaycan-Amerika ikitərəfli münasibətləri, həm dəAzərbaycan-Ermənistan sülh gündəliyi, regional sabitlik və qlobaltəhlükəsizlik kontekstində də xüsusi əhəmiyyət kəsb edir. BirləşmişŞtatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşənsəfər tarixi xarakter daşıyır. Azərbaycan ilə Birləşmiş Ştatlararasında münasibətlər təkcə ənənəvi diplomatik əməkdaşlıqçərçivəsində inkişaf etməklə kifayətlənmir, eyni zamanda,keyfiyyətcə yeni - strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdədir.Tarixə nəzər salsaq görərik ki, Donald Trampın birinciprezidentliyi dövründə də Azərbaycan-Amerika münasibətlərininyüksələn xətlə inkişafı əsas prioritetlər sırasında idi. XüsusiləAğ Evin indiki sahibinin ikinci prezidentliyi dövründə VaşinqtonunCənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb.Enerji təhlükəsizliyi, regional sabitlik və beynəlxalq terrorizməqrşı mübarizə kimi sahələrdə maraqların üst-üstə düşməsi bu ikiölkə arasında münasibətlərin daha dərin və qarşılıqlı etimadaəsaslanan bir platformaya keçməsini şərtləndirir. Hələ 2024-cü ilin5 noyabrında ABŞ-da keçirilən prezident seçkilərindən 3 ay öncəŞuşada keçirilən Qlobal Media Forumunda Birləşmiş Ştatlardakıseçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən Azərbaycandövlətinin başçısı İlham Əliyev böyük uzaqgörənlik və cəsarətnümayiş etdirərək o zaman prezidentliyə namizəd olan D.Tramphaqqında müsbət fikirlər söyləmiş, diplomatik dillə desək, onunnamizədliyini dəstəkləmişdi. Dövlət başçısı İlham Əliyevin ötən ayXankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda yeni dünyanizamının formalaşdığı hazırkı dövrdə Azərbaycan-ABŞ münasibətləriilə bağlı səsələndirdiyi fikirləri ABŞ Prezidenti Donald Trampınözünün sosial media platformasında paylaşması əslində iki dövlətarasında münasibətlərin yeni mərhələyə qədəm qoymaqda olduğuna dairmühüm mesaj idi. ABŞ Prezidenti Donald Trampın “Truth Social”platformasındakı səhifəsində Prezident İlham Əliyevin həmin çıxışıilə bağlı dünən növbəti dəfə paylaşım etməsi Birləşmiş Ştatlarındövlət başçısının Azərbaycan liderinə dərin hörmətinin nümunəsi vəartıq münasibətlərin yeni mərhələyə keçdiyinin göstəricisi idi.Əminliklə söyləmək olar ki, bu səfərin nəticələrinə əsasənABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəmqoyur. Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərinstrateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində ikiölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası iləAmerika Birləşmiş Ştatları arasında Strateji TərəfdaşlıqXartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupununyaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və AmerikaBirləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”imzalandı. Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edənsahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcəkStrateji Tərəfdaşlıq Xartiyasının növbəti altı ay ərzindəhazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupuyaradılması nəzərdə tutulur. Strateji İşçi Qrupu çərçivəsindəenerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süniintellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə,eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrinprioritetləşdirilməsi planlaşdırılır. Bu, ikitərəfli praktikiəməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımındanxüsusi əhəmiyyət kəsb edir.

Əlvida, “907”ci düzəliş!

ABŞ-Azərbaycan strateji tərəfdaşlığı Amerika texnologiyasının vəsərmayəsinin ölkəmizə gəlməsi, Birləşmiş Ştatların iqtisadifəallığı deməkdir. Səfər, həmçinin iki ölkə lideri arasındakeçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən "AzadlığaDəstək Aktı"na “907”ci düzəlişin tətbiqinin dayandırılması barədəSərəncamın imzalanması ilə əlamətdar oldu. Azərbaycan-Amerikamünasibətlərində keçmişin mənfi mirası olan “907”ci düzəlişintətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüşçərçivəsində dayandırılması son dərəcə əhəmiyyətli addım kimidəyərləndirilməlidir. Torpaqlarımızın Ermənistan tərəfindənişğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildəAzərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimigöstərərək, Azərbaycana Amerika tərəfindən dövlət yardımınıngöstərilməsini qadağan edən ədalətsiz qanunu qəbul etmişdi.Bayden-Blinken Administrasiyası Əfqanıstan əməliyyatları başa çatankimi nankorcasına “907” saylı düzəlişi yenidən canlandırmış,Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmışdı.Ümumiyyətlə, Bayden-Blinken Administrasiyasının məqsədi Azərbaycanqaralamaq, gözdən salmaq idi. Bu cütlük ölkəmizin Qarabağ iqtisadirayonunda uğurlu antiterror əməliyyatından sonra Azərbaycandanrəsmi nümayəndə heyətinin səfərlərini təxirə salmışdı. HəttaAzərbaycana qarşı sanksiyalar barədə düşünənlər də var idi. LakinAzərbaycan bütün bu təzyiqlərin qarşısında sınmadı, ləyaqətiniitirmədi, milli maraqlarından bir addım da geri çəkilmədi. Busiyasətin nəticəsi olaraq dünən ABŞ Prezidenti tərəfindən “907”cidüzəlişin tətbiqinin dayandırılması barədə sərəncam imzalandı.

Enerji, nəqliyyat, ticarət, süni intellekt, müdafiəsahəsində yeni əməkdalıq imkanları

Azərbaycan-Amerika münasibətlərində açılan yeni səhifətərəflərin birgə səyləri nəticəsində atılan addımların əsasındadaha böyük uğurlarla zənginləşəcək. İki ölkə arasında əlaqələrininkişafında əsas istiqamətlərdən biri də enerji sahəsidir.Ölkəmizin istər ənənəvi, istərsə də bərpaolunan enerji sahəsindəqazandığı uğurlar davamlılığı ilə diqqətdədir. Xəzər regionununzəngin enerji ehtiyatlarının Qərb bazarlarına təhlükəsiz vəsəmərəli şəkildə nəql olunması sahəsində ABŞ-ın dəstəyi mühüm roloynayır. Xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsininuğurla həyata keçirilməsində Donald Tramp Administrasiyasınınsiyasi və diplomatik dəstəyi strateji əhəmiyyət kəsb edir. Trampınpraqmatik enerji siyasəti Avropanın enerji təhlükəsizliyiningücləndirilməsinə töhfə verib və Azərbaycan üçün yeni iqtisadiimkanların açılmasına şərait yaradıb. Strateji tərəfdaşlıqçərçivəsində Azərbaycan və ABŞ enerji, nəqliyyat, ticarətdəntutmuş, süni intellekt, müdafiə sahəsinə qədər çoxsaylıistiqamətlər üzrə əməkdaşlıq edəcəklər. Vaşinqtonda SOCAR-la“ExxonMobil” şirkəti arasında Əməkdaşlıq Memorandumunun imzalanmasıbu sahədə əməkdaşlığın daha da genişlənəcəyinin təsdiqidir. Sənədşirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirmək vəAzərbaycan Respublikasında həm qeyri-ənənəvi, həm də ənənəvi enerjiresurslarının, o cümlədən neft və qaz imkanlarınındəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələriniehtiva edir.

Azərbaycanın şərtlərinin qəbul edilməsi onun müəllifiolduğu sülh gündəliyinin təsdiqidir

Azərbaycan 2020-ci il Vətən müharibəsində əldə etdiyi Qələbə iləCənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb və bureallıqlar beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq regiondasülhün qurulması üçün yeni əsaslar yaradıb. Bu gün Bakı qalib tərəfkimi regionda sülh gündəliyini müəyyən edən əsas aktor olmaqla,yaranmış reallıqların beynəlxalq miqyasda tanınması və hüquqiçərçivəyə salınması mərhələsinə qədəm qoyub. Bu baxımdan AzərbaycanPrezidenti İlham Əliyevin ABŞ-a səfəri, həmçininAzərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühümnəticələr ilə əlamətdar oldu. Səfər zamanı Azərbaycan, AmerikaBirləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirildi vəbu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləritərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən BirgəBəyannamə imzalandı. Bununla yanaşı, hər iki ölkənin xarici işlərnazirləri tərəfindən “Azərbaycan Respublikası və ErmənistanRespublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsisedilməsi haqqında Saziş” layihəsi paraflandı və ATƏT-in MinskProsesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-infəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubuimzalandı.

Ermənistan konstitusiyasının dəyişdirilməsininzəruriliyi təsdiqləndi

Sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasındarazılaşdırıldığını təsdiq edir. Paraflanma hələ sülh müqaviləsininimzalanması demək deyil. Bununla belə bu istiqamətdə ciddiaddımdır. ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarınınbağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətinünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraqgündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddiəngəllərdən birinin aradan qaldırılması istiqamətində digər vacibaddımdır. Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannaməninimzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiqedib. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasındasülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqındaSaziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində,Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavətədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bukontekstdə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistankonstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı əraziiddialarının aradan qaldırılacağını gözləyir. Yəni yekun sülhsazişinin imzalanması üçün əsas tələblərdən biri – Ermənistankonstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olundu.

Zəngəzur dəhlizi reallaşır: Naxçıvana maneəsiz bağlantıtəmin ediləcək

Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrləbəyan etmişdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yollamaneəsiz keçidi təmin edilməlidir. Prezident İlham Əliyevin butələbi də Ermənistan tərəfindən qəbul edildi. Belə ki, imzalanmışBirgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasındamaneəsiz gediş-gəliş təsdiq olundu. Birgə Bəyannamədə regiondakommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsiilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantınıntəmin edilməsinin zəruri olduğu vurğulanıb. Sənəddə, həmçininErmənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülhvə Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbitolunub. Bu müddəa Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsashissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsizbağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyatakeçiriləcək layihəni nəzərdə tutur. Beləliklə, Zəngəzur dəhlizireallaşır. Təxminən 5 ilə qədərdir ki, Ermənistanın məsələniyubatmağa, “Sülh kəsişməsi” adlı utopik layihə irəli sürərəkoyunbazlıqla məşğul olmasına baxmayaraq, Azərbaycan ən böyükməqsədlərindən birinə - Zəngəzur dəhlizinin açılmasına nail olur.“Tramp yolu” adlanmasına baxmayaraq, hamı başa düşür ki, söhbətməhz Zəngəzur dəhlizindən gedir. Azərbaycan ilk gündən təkid etdiyimaneəsiz gediş-gəlişə nail olur. Zəngəzur dəhlizinin açılmasıAzərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdəbərabərhüquqlu iştirakını təmin edən fundamental hüququdur. Budəhlizin reallaşması həm region dövlətləri, həm də daha genişgeoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətlisabitlik perspektivləri yaradır.

Qalib, qüdrətli Azərbaycan dövləti Prezident İlham ƏIiyevinliderliyi ilə bütün hədəflərinə nail olur. 2020-ci il Vətənmüharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azadedərək tarixi Zəfərə imza atdı. Bu gün müharibənin qalibi olmaqlayanaşı, sülh gündəliyinin banisi də Prezident İlham Əliyevdir.2022-ci ilin əvvəlində sülh müqaviləsinin əsasını təşkil edən 5əsas prinsip Azərbaycan tərəfindən Ermənistana təqdim edildi. LakinErmənistan qeyri-səmimiliyi, Bayden-Blinken Administrasiyasının,Fransa Prezidenti Emmanuel Makronun ölkəmizə qarşı qərəzlimövqeləri sülh müqaviləsinin mətnini razılaşdırmağa imkan vermirdi.Yalnız bir sutkadan az davam edən lokal xarakterli antiterrortədbirlərindən sonra Ermənistanla Azərbaycan arasında həqiqidanışıqlar başladı və 2025-ci ilin mart ayında sülh müqaviləsi üzrədanışıqlar yekunlaşdı. Vaşinqtonda imzalanan Birgə BəyannaməAzərbaycanın, Prezident İlham Əliyevin növbəti parlaq qələbəsidir.Prezident İlham Əliyevin bu prosesdəki liderliyi, strateji baxışıvə siyasi uzaqgörənliyi yenə də qalib gəldi. Dövlət başçımızınmilli maraqarların qorunmasında ortaya qoyduğu qəti, ardıcıl vəprinsipial mövqe nəticəsində qalib Azərbayanın yaratdığı status-kvobir daha təsbit olundu, beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ yenireallığı qəbul etdi. Müharibədə qalib gəlmiş Prezident İlham Əliyevsülhü də qazandı.

Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı

Избранный
53
49
az.trend.az

10Источники