RU

TADDEF: Ağ evdə danışıqların uğurlu nəticəsi Prezident İlham Əliyevin diplomatik qələbəsidir

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ankara, 9 avqust, AZƏRTAC

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Ağ evdə keçirilən üçtərəfli görüşünün nəticələrini alqışlayıb.

AZƏRTAC xəbər verir ki, TADDEF Prezident İlham Əliyevin Vaşinqtona səfərini “Azərbaycanın növbəti tarixi qələbəsi” adlandırıb.

Federasiyanın baş katibinin müavini Serdar Ünsal Azərbaycan liderinin ABŞ-da apardığı danışıqları yüksək qiymətləndirib, avqustun 8-də dünya ictimaiyyətinin Prezident İlham Əliyevin növbəti diplomatik uğurunun şahidi olduğunu vurğulayıb.

“Regionda davamlı sülhün bərqərar olması istiqamətində tarixi addım atılıb. Onilliklərlə davam edən münaqişəyə son qoyulması, Azərbaycana qarşı 33 illik məhdudiyyətlərin aradan qaldırılması təkcə Bakı üçün deyil, bütün Cənubi Qafqaz üçün böyük nailiyyətdir”, -deyə təşkilatın baş katibinin müavini bildirib.

S.Ünsal Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yaxın vaxtlarda dəhlizin açılmasının vacibliyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, əldə olunan razılaşmaların və imzalanan sənədlərin effektivliyi İrəvanın səmimiyyətindən asılıdır, onun hərəkətləri ciddi şəkildə izlənilməlidir.

O vurğulayıb: Dünyada gərginliyin və böhranların artdığı bir dövrdə Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli görüşü regionda sülhün və sabitliyin bərqərar olması üçün xüsusilə qiymətlidir. Tarixi şans var ki, bundan istifadə edən ölkələr iqtisadi inkişafa və əhalinin rifahının yüksəlməsinə mühüm töhfə verə biləcəklər”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
77
2
azertag.az

3Источники