RU

Britaniya XİN rəhbəri Vaşinqtonda sülhə doğru atılan addımlara görə Azərbaycan və Ermənistanı təbrik edib

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Azərbaycan və Ermənistanın sülh naminə atdığı addımlardan məmnunluq ifadə edib.

APA xəbər verir ki, nazir bu barədə özünün “X” hesabında bəyanat verib.

“Vaşinqtonda sülhə doğru atılan qətiyyətli addımlara görə Azərbaycan və Ermənistanı təbrik edirəm. Burada ABŞ prezidentinin rolu həyatidir. ABŞ vitse-prezidentinə dediyim kimi, Britaniya Cənubi Qafqazda sülhü dəstəkləməyə hazırdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
72
9
apa.az

9Источники