RU

“TRIPP sayəsində Rusiya və İran dəmir yolu əlaqəsi əldə edəcək” - Paşinyan

"Beynəlxalq Sülh və Rifah üçün Tram Marşrutu"nun (TRIPP) layihəsinin həyata keçirilməsi nəticəsində Rusiya və İran dəmir yolu əlaqəsi əldə edəcək.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Tramp Yolu” investisiya proqramıdır və onun çərçivəsində “Sülhün kəsişməsi” layihəsinə (Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması) sərmayələr qoyulacaq. Bu, Ermənistan tarixində ən böyük investisiya proqramı olacaq. O, Şərqdən Qərbə, Şimaldan Cənuba yeni qlobal yoldur və regionumuzda sabitlik və sülh üçün mühüm amilə çevriləcək”, - Paşinyan Vaşinqtonda erməni jurnalistlərə bildirib. Marqarita pizza

Onun sözlərinə görə, bu layihələrin həyata keçirilməsi nəticəsində İran Qara dənizlə dəmir yolu əlaqəsi əldə edəcək:

"Bu, görünməmiş hadisədir. Rusiyanın bizim regiondan keçməklə İrana dəmir yolu bağlantısı da alacaq", - Paşinyan qeyd edib.

O vurğulayıb ki, söhbət təkcə dəmir yolu ilə bağlı deyil, həm də “Ermənistanın cənub ərazisindən qaz kəməri, neft kəməri, elektrik xətləri, internet kabellərinin çəkilməsi haqqındadır”.


Telegram kanalımız
Избранный
44
50
yenisabah.az

10Источники