RU

Prezident İlham Əliyev: O vaxt Ermənistan sülh sazişinə Qarabağla bağlı müddəanı daxil etdirmək istəyirdi VİDEO

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İkinci Qarabağ müharibəsi başa çatanda Ermənistanla Azərbaycanın gələcək əlaqələri və təmasları sahəsində bir boşluq yaranmışdı, vakuum yaranmışdı.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, o vaxt hələ fəaliyyət göstərmək istəyən ATƏT-in Minsk Qrupu da demək olar ki, iflic vəziyyətinə düşmüşdü: “Çünki onlar da bilmirdilər ki, nə etmək lazımdır. Çünki Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdi. Hərbi-siyasi yollarla Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münaqişəsi öz həllini tapmışdı. Məhz Azərbaycan o vaxt gələcək baxışlarını ortaya qoydu. Yəni ki, bu boşluq çox davam edə bilməz. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi olmalıdır.

Onun təşəbbüskarı biz olmuşuq. O təşəbbüsü biz irəli sürəndən sonra yenə də heç yerdən cavab gəlmədi. Onda biz məlum əsas 5 prinsipi ortaya qoyduq və bunun üzərində sülh sazişinin mətnini də biz hazırlamışdıq. Bildiyiniz kimi, ondan sonra danışıqlar prosesi bizim təşəbbüsümüzlə başlamışdı. Danışıqlar prosesi o qədər də hamar getmirdi. Onun da əsas səbəbi ondan ibarət idi ki, o vaxt Ermənistan sülh sazişinə Qarabağla bağlı müddəanı daxil etdirmək istəyirdi. Halbuki bu, heç bir məntiqə sığmayan məsələdir. Heç bir hüquqi və siyasi əsası olmayan məsələdir.

Biz Ermənistan tərəfinə izah etməyə çalışırdıq ki, bu bizim daxili məsələmizdir və dövlətlərarası sazişə hər hansı bir ölkənin daxili məsələsi daxil oluna bilməz. Buna baxmayaraq, Ermənistan təkidlə öz mövqeyindən geri çəkilmək istəmirdi. Ondan sonra Aİ Şurasının Prezidentinin təşəbbüsü ilə Brüssel görüşləri keçirildi. Ancaq yenə də əsas fundamental məsələ imkan vermirdi ki, tərəflər bu məsələdə razılığa gəlsin. Yalnız 2023-cü ilin antiterror əməliyyatından sonra Ermənistan artıq reallıqlarla barışmalı oldu. Ondan sonra fəal danışıqlar prosesi başlamışdır. Və artıq neçə aydır ki, tərəflər bəyan etmişdilər ki, sülh sazişinin bütün maddələri artıq razılaşdırılıb. Bu Cənubi Qafqaz üçün çox önəmli tarixi məsələdir”.

https://t.me/apa_tv/25335

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
6
apa.az

8Источники