BAKI, 9 avqust. TELEQRAF
Amerikanın Corciya ştatında yerləşən Emori Universitetində atışma baş verib.
Teleqraf xəbər verir ki, bu barədə təhsil müəssisəsinin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
"Emoridə fövqəladə vəziyyət: Emori-Atlanta kampusunda atışma. Ərazidən uzaq durmağınız xahiş olunur. Olduğunuz yerdə gizlənməyə çalışın", - məlumatda deyilir.
Hadisə yerinə polis əməkdaşları gəliblər.