RU

Beş ölkə Qəzza ilə bağlı birgə açıqlama yaydı

BAKI, 9 avqust. TELEQRAF

Beş ölkə İsrail Təhlükəsizlik Şurasının Qəzzanın şimalının işğalına dair qərarını pisləyən açıqlama yayıb.

Teleqraf xəbər verir ki, Avstraliya, Almaniya, İtaliya, Yeni Zellandiya və İngiltərə xarici işlər naziləri İsrail Təhlükəsizlik Şurasının Qəzzada genişmiqyaslı hərbi əməliyyatlara başlama qərarını kəskin qınayıb.

"Bu addım hümanitar böhranı daha da dərinləşdirəcək, israilli əsirlərin həyatını riskə atacaq, məcburi köçkünlərin sayını artıracaq. İsrail hökumətinin açıqladığı planlar beynəlxalq hüququn pozulmasına gətirib çıxaracaq. Həm israilliləri, həm də fələstinliləri sülh və təhlükəsiz yaşaya bilmələri üçün münaqişənin "iki dövlət prinsipi" üzrə həlli vacibdir. Bunun üçün HƏMAS-ın tamamilə silahsızlaşdırılması və Fələstin administrasiyasının mərkəzi rola sahib olması vacibdir" - deyə, birgə məlumatda qeyd olunur.

Избранный
5
teleqraf.com

1Источники