RU

Bakının bütün tələbləri qəbul edildi – Vaşinqton görüşündə nələr razılaşdırılıb?

“Vaşinqtonda Əliyev, Paşinyan və Tramp Azərbaycan–Ermənistan münasibətləri, ümumilikdə Cənubi Qafqazda yeni dövrün başlanğıcı hesab ediləcək Birgə Bəyannamə imzaladı”.

Referans xəbər verir ki, bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı deyib.

A.Nərimanlı bildirib ki, Bəyannamə rəsmi Bakının sülh sazişinə dair irəli sürdüyü bütün tələblərinin qəbul edilməsi deməkdir:

“Birincisi, de-fakto mövcud olmayan Minsk qrupu de-yure arxivə göndərilir;

Bəyannamədə Azərbaycan və Ermənistanın Minsk qrupunun ləğv edilməsi məqsədilə ATƏT-in Baş Katibinə birgə müraciəti təsdiq olundu. Beləliklə, rəsmi Bakı istədiyinə nail oldu:

– Artıq mövcud olmayan Minsk qrupu de-yure də ləğv edilir;

– Keçmiş “Dağlıq Qarabağ” münaqişəsi məsələsi rəsmi şəkildə tamamilə bağlanır;

İkincisi, Ermənistan Konstitusiyası dəyişdiriləcək;

Bəyannamədə qeyd olunur ki, “biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik”. Bu o deməkdir ki, yekun sülh sazişinin imzalanması üçün “əlavə tədbirlər”, yəni Ermənistan konstitusiyası dəyişdirilməsi təmin ediləcək, yalnız bundan sonra imzalar atılacaq.

Üçüncüsü, Zəngəzur dəhlizi reallaşır;

Bəyannamədə Azərbaycanın Naxçıvana maneəsiz çıxının təmin edilməsi – Zəngəzur dəhlizi ilə bağlı iki qeyd yer alır.


1. “Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantı”dır.

2. “Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ-la və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflərlı əməkdaşlıq edəcəkdir” deyilir: burada “üçüncü tərəf” Azərbaycandır;

Layihə TRİPP adlandırılsa da, söhbətin məhz Zəngəzur dəhlizindən – Azərbaycanın Naxçıvana maneəsiz keçidindən getdiyi aydındır.

Dördüncüsü, sülh sazişinin paraflanmasıdır;

Bəyannamədə tərəflərin saziş mətninin parafladığı əksini tapır. Sazişin paraflanması yekun müqavilənin bağlanması demək olmasa da, irəliyə doğru ciddi addım kimi qəbul edilə bilər. Artıq yekun sülh müqaviləsinin önündə ciddi maneə qalmayıb

– ATƏT-in Minsk qrupunun de-yure buraxılması ilə bağlı müraciət edildi;

– Azərbaycanın Naxçıvana maneəsiz keçidinin təmin edilməsi – Zəngəzur dəhlizi reallaşdırıldı;

– Həllini gözləyən məsələ Ermənistan Konstitusiyasının dəyişdirilməsidir;

Bölgədə yeni mərhələ başlayır və bu mərhələnin başlanğıcı olan Vaşionqton görüşünün nəticələrinə görə, müharibənin qalibi olan Azərbaycan sülh masasında da qazandı”.

Избранный
4
2
referans.az

3Источники