RU

Əliyev ETİRAF ETDİ: “İkinci Qarabağ müharibəsi başa çatanda…”

İkinci Qarabağ müharibəsi başa çatanda Ermənistanla Azərbaycanın gələcək əlaqələri və təmasları sahəsində bir boşluq yaranmışdı, vakuum yaranmışdı.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan lideri İlham Əliyev mediaya müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, o vaxt hələ fəaliyyət göstərmək istəyən ATƏT-in Minsk Qrupu da demək olar ki, iflic vəziyyətinə düşmüşdü:

“Çünki onlar da bilmirdilər ki, nə etmək lazımdır. Çünki Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdir. Hərbi-siyasi yollarla Qarabağ münaqişəsi Azərbaycan-Ermənistan münaqişəsi öz həllini tapmışdı. Məhz Azərbaycan o vaxt gələcək baxışlarını ortaya qoydu. Yəni ki, bu boşluq çox davam edə bilməz. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi olmalıdır”.

Избранный
12
1
konkret.az

7Источники