RU

“Türkiyə Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayır!” - Türkiyə XİN

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə XİN-i  bəyanat yayıb.

Sözügedən bəyanatda deyilir: 

“Biz Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində əldə edilən irəliləyişdən və bununla bağlı bu gün (8 avqust) Vaşinqtonda qəbul edilmiş öhdəlikdən məmnunuq. Beynəlxalq münaqişələrin və böhranların getdikcə şiddətləndiyi bir vaxtda atılan bu addım regional sülhün və sabitliyin əldə olunması üçün mühüm inkişafdır. Biz ABŞ Administrasiyasının bu prosesə töhfələrini yüksək qiymətləndiririk. Cənubi Qafqaza sülh və firavanlıq gətirmək üçün tarixi fürsətdən istifadə edilib. Biz Türkiyə olaraq bu fürsəti reallaşdırmaq üçün göstərilən səylərə öz töhfəmizi verməyə davam edəcəyik və Azərbaycanın fədakar səylərini dəstəkləyəcəyik”.

 

Избранный
32
9
qafqazinfo.az

10Источники