ABŞ Prezidenti Donald Tramp Azərbaycanın maraqlarına zidd olan və 1992-ci ildən qüvvədə olan 907-ci düzəlişin tətbiqini rəsmi olaraq dayandırdığını bəyan edib.
KONKRET.az xəbər verir ki, bu düzəliş ABŞ-ın Azərbaycana birbaşa yardımını məhdudlaşdırırdı. Trampın bu addımı Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentləri ilə keçirilən görüş fonunda atılıb və ABŞ-ın Cənubi Qafqazda yeni balans siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.