RU

Jeep-dən yeni Cadillac Escalade rəqibi təqdimatdan əvvəl açıqlandı

Yeni 2026 Jeep Grand Wagoneer rəsmi olaraq payızda təqdim olunacaq.

SİA-nın məlumatına görə, təkmilləşdirilmiş yolsuzluq avtomobilinin ilk detalları Stellantis konserninin rəsmi saytında açıqlanıb.

Fotodan görünür ki, 2026 Jeep Grand Wagoneer yeni ön hissəyə malikdir.

Dar radiator barmaqlığı və nazik optika avtomobili Jeep Wagoneer S elektrik avtomobilinə bənzədirdi.

Bundan əlavə, bamperdə hava girişi genişləndirilib və yeni təkərlər quraşdırılıb.

Çərçivəli yolsuzluq avtomobili təxminən 85.000 dollara başa gələn Cadillac Escalade və Lincoln Navigator-a rəqib olaraq qalacaq.

Fotoda standart 5,4 metrlik versiya göstərilib, lakin uzadılmış 5,7 metrlik versiya da sırada qalacaq. Yeni Jeep Grand Wagoneer həmçinin 540 at gücünə malik 3,0 litrlik benzin turbo Hurricane-i saxlayacaq.

Bundan əlavə, 3,6 litrlik V6 və bir cüt elektrik mühərriki olan Ram 1500 Ramcharger pikapından 663 at gücünə malik plug-in hibrid quraşdırma olacaq. Onun güc ehtiyatı 1000 km-dən çox olacaq.

Nazlı Almuradova

Избранный
12
sia.az

1Источники