RU

"Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq" - Ağ Ev

"Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq" - Ağ Ev"Azərbaycan və Ermənistan cümə günü sülh razılaşması imzalayacaq".

"Qafqazinfo" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Ağ Ev rəsmisi deyib.

"Bu, təkcə Ermənistanla və Azərbaycanla bağlı deyil. Bu, bütün regionla bağlıdır və onlar regionun Prezident Donald Trampla daha təhlükəsiz və rifahlı olduğunu bilirlər", - deyə amerikalı rəsmi qeyd edib.

Ağ Evin mətbuat katibi Anna Kelli isə jurnalistlərə açıqlamasında bildirib ki, Tramp həm Azərbaycan, həm də Ermənistanla enerji, texnologiya, iqtisadi əməkdaşlıq, sərhəd təhlükəsizliyi, infrastruktur və ticarətə dair müqavilələr imzalayacaq.

Qeyd olunub ki, məsələ ilə bağlı detallar açıqlanmayıb.

Избранный
14
4
sonxeber.az

10Источники