RU

Ərdoğan: "Türkiyə sülh danışıqları üçün önəmli aktora çevrilib"

"Bu gün Türkiyə sülh danışıqları üçün önəmli aktora çevrilib. Ölkəmiz özünə güvənir, inanır və hədəflərinə doğru inamla irəliləyir"

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İqtisadi Əlaqələr Şurasının38-ciMaliyyə Baş Assambleyasının toplantısında çıxışı zamanı bildirib.

"Məqsədlərimizdən biri xarici siyasətdə vicdanı, ədaləti ititrmədən Türkiyəni çatışmalardan və gərginlikdən uzaq tutmaqdır. Bunun üçün hər addımı diqqətlə hesablanmış incə bir siyasət izləyirik. Nə zülmə susmuruq, nə macəra arxasınca qaçırıq, nə bizi utandıracaq addım atırıq nə də müxalifətin təxribatlarına gedirik. Türkiyə üçün, 86 milyonun maraqları üçün, ölkəmizə pənah gətirmiş məzlumlar üçün ən doğrusu nədirsə, onu da həyata keçiririk" - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidentinin sözlərinə görə, TürkiyəRusya-Ukrayna savaşı, İsrailin İran, Yəmən və Livana hücumları zamanı yuxarıda qeyd olunan siyasətinə sadiq qalıb: "Qəzzadakı soyqırımına etiraz olaraq İsraillə iqtisadi əlaqələri kəsdik.Körfəzdəki qardaş ölkələrlə münasibətlərimizi qurarkən bunu etdik. Liviyadan Qarabağa - harada bizə ehtiyac varsa, orada yenə bunu etdik. Öz ölkəsindən Qərb televiziyalarına şikayət edən siyasətçilər kimi deyil, hadisələrə Ankaranın maraqlarından baxaraq siyasətimizi qurduq".

Избранный
40
2
teleqraf.com

3Источники