RU

Putin-Tramp görüşü bu tarixdə baş tuta bilər

Tramp-Putin görüşü gələn həftənin sonuna planlaşdırılıb

Publika.az xəbər verir ki, bu barədə "Sky News" Ağ Evdəki mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla görüşü gələn həftənin sonuna planlaşdırılıb.

Hazırda görüşün yeri müzakirə olunur. Ukrayna prezidenti Vladimir Zelenskinin tədbirdə iştirak edib-etməyəcəyi bəlli deyil.

Rusiya tərəfi mümkün atəşkəs üçün tələblər siyahısını təqdim edib və Vaşinqton hazırda Ukrayna və onun avropalı müttəfiqlərinin dəstəyini almağa çalışır.

Putin-Tramp görüşü BƏƏ, Macarıstan, İsveçrə və İtaliyada baş tuta bilər. Rusiya lideri Birləşmiş Ərəb Əmirliklərini “uyğun” yer adlandırıb və onun köməkçisi Yuri Uşakov tərəflərin detallar üzərində işləməyə başladığını təsdiqləyib.

Избранный
40
1
publika.az

10Источники