RU

Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin gözlənilən paraflanması son dərəcə pozitiv addımdır - Robert Sekuta

Bakı. TurkicWorld:

Bu gün Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin gözlənilən paraflanması son dərəcə pozitiv addımdır.

TurkicWorld xəbər verir ki, bunu Trend-ə ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib.

"Bu razılaşmanın əsasən iki ölkə arasında əldə edildiyini başa düşmək vacibdir", - o qeyd edib

Sabiq səfirin sözlərinə görə, hazırkı hadisələrin əhəmiyyətinə baxmayaraq, hər iki tərəfin istədiyi və layiq olduğu davamlı sülhə nail olmaq üçün ermənilər və azərbaycanlılar əlavə addımlar atmalı olacaqlar.

O, həmçinin Azərbaycan ilə ABŞ arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qaldırılmasının vacibliyindən danışıb.

"Ağ Evdə keçirilən bugünkü tarixi görüşlər barədə daha sonra və daha ətraflı danışmaq mümkün olacaq, lakin ABŞ və Azərbaycan arasında yenilənmiş strateji tərəfdaşlıq həm Vaşinqton, həm də Bakı üçün, eləcə də daha geniş regionda sülh və sabitlik üçün müsbət haldır", - Sekuta vurğulayıb.

O xatırladıb ki, ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq bir neçə ildir, hətta onun səfir təyin olunmasından əvvəl də mövcud olub.

"Azərbaycan hökumətindəki həmkarlarımla birgə bu tərəfdaşlıq çərçivəsində nəzərdə tutulan görüşləri fəallaşdırmağa çalışırdıq, lakin təəssüf ki, bir sıra səbəblərə görə istədiyimiz nəticəyə nail ola bilmədik. Azərbaycanın coğrafi mövqeyi – dünyada eyni anda həm Rusiya, həm də İranla sərhəddə olan yeganə ölkə olması, eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və iqtisadi rifahı kimi reallıqları nəzərə alaraq, Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq tamamilə məntiqlidir. Şadam ki, Tramp administrasiyası bunu başa düşür və Azərbaycanla, eləcə də Ermənistan və digər ölkələrlə daha fəal əlaqə qurmağa çalışır", - deyə Robert Sekuta fikrini yekunlaşdırıb.

Избранный
17
4
turkic.world

5Источники