Ağstafa rayonunun mərkəzində yerləşən ölkə əhəmiyyətli yeraltı abidənin olduğu ərazidə yanğın baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə yerinə Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Edilən müdaxilə nəticəsində yanğın söndürülüb.
Məlumat üçün bildirək ki, yerlatı arxeoloji abidənin təxminən 2000-2500 yaşı var. Həmin ərazidə dəfələrlətədqiqatlar aparılıb.