RU

"Qarabağ"ın rəqibindən 5:1 hesablı qələbə

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Şkendiya" Şimali Makedoniya çempionatında 2025/26 mövsümünə böyükhesablı qələbə ilə start verib.

"Football-plus.az" xəbər verir ki, Tetovo təmsilçisi mövsümün açılış oyununda öz meydanında "Şkupi"yə 5:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, "Şkendiya" qitənin ən nüfuzlu klub turnirində "Qarabağ"a qarşı ilk matçda 0:1 hesabı ilə uduzub. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20.00-da başlayacaq. Pley-off mərhələsinə adlayan komanda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Избранный
10
4
football-plus.az

7Источники