RU

"Qarabağ"ın rəqibi Bakıya darmadağınla gəlir

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Şkendiya" Şimali Makedoniya Liqasında ilk turun qarşılaşmasını keçirib.

Axar.az xəbər verir ki, öz meydanında "Şkupi" ilə qarşılaşan “Şkendiya” 5-1 hesabı ilə qalib gəlib.

“Şkupi” görüşün böyük hissəsini azlıqda keçirib.

Qeyd edək ki, "Qarabağ" "Şkendiya" ilə ilk matçında 1:0 hesablı səfər qələbəsi qazanıb. Cavab görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Избранный
30
3
axar.az

7Источники